Bakıda "CİP" aktyoru vurub qaçdı

Aktyor Ruslan Sabirli avtomobil qəzası keçirib.
Aktyor Teleqraf.az-a açıqlamasında bildirib ki, hadisə ötən gün baş verib. R.Sabirlinin idarə etdiyi “Hyundai Sonata”nı “Jeep” markalı avtomobil vurub. Həmin avtomobilin sürücüsü sürətlə hadisə yerindən uzaqlaşıb: “Məni vuran maşının nömrəsi tranzit idi. Hadisə Dədə Qorqud Parkının yanında oldu. Sürücü hadisə yerindən uzaqlaşdı. Mən onun arxasınca düşdüm. Sanki uğursuzluq məni izləyirdi. Bir az keçməmiş, irəlidə avtomobilim, “Toyota Prado”ya çırpıldı. Maddi ziyana düşsəm də, özüm xəsarət almadım”. R.Sabirli deyib ki, ziyan vurduğu avtomobilə görə, 1050 manat ziyana düşüb.
Qeyd edək ki, Ruslan Sabirli “Həyat varsa”, “Muradına çatan Günəş”, “Sənə inanıram” seriallarında baş rolları oynayıb.
ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























