Alimlər “omicron”dan sonra yeni ştam aşkarladı - “Deltakron”

Kipr Universitetinin Biotexnologiya və Molekulyar Virusologiya Laboratoriyasında çalışan bir qrup yerli alim Kiprdə "delta” və "omicron” ştamlarının hibridi olan koronavirusun yeni variantı aşkar ediblər.
Tədqiqatçılar onu "deltakron" adlandırıblar.
Bu barədə laboratoriyanın rəhbəri, əvvəllər Kipr Səhiyyə Nazirliyi yanında Pandemiya Elmi Məsləhət Şurasına sədrlik etmiş Leontios Kostrikis şənbə günü jurnalistlərə bildirib.
Kostrikisin sözlərinə görə, "omicron”da 30 mutasiya var və onlardan 10-u Kiprdə götürülmüş nümunələrdə müəyyən edilib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























