Bu il 50-dən çox e-xidmət istifadəyə veriləcək

Hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) üzrə 173 xidmətdən 105-i e-platforma üzərindən, o cümlədən 44-ü proaktiv qaydada göstərilir. Bu il isə nazirlik daha 50-dən çox e-xidməti istifadəyə verəcək.
Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirib ki, Prezident İlham Əliyevin tapşırıqlarına əsasən ölkədə əmək, məşğulluq, sosial təminat, sosial xidmət, əlillik, reabilitasiya, övladlığagötürmə və s. sahələrdə e-texnologiyaların tətbiqi geniş miqyas alıb.
İclasda qeyd edilib ki, dövlətimizin başçısının 2018-ci il 5 sentyabr tarixli Fərmanı ilə yaradılan "e-sosial.az” portalına 2021-ci ildə 9 milyon 452 min, nazirliyin e-xidmətlərinə 15 milyon 212 min müraciət qeydə alınıb. Eyni zamanda, proaktiv xidmətlər vasitəsilə 190 minə yaxın təyinat həyata keçirilib.
Əmək münasibətlərinin rəsmi qeydiyyatı "Əmək müqaviləsi bildirişi” altsistemi üzərindən aparılır. Son illərdə qurulan "Məşğulluq” altsistemi vasitəsilə məşğulluq xidmətlərinin real vaxt rejimində çevikliyi, əlçatanlığı və effektivliyi təmin edilir.
Hazırda "Əmək münasibətləri və məşğulluq” altsistemi də yaradılır. Bu da bütün əmək münasibətlərini, məşğulluq, əmək və məşğulluğa nəzarət, hesabatlılıq və təhlil funksional istiqamətlərini vahid e-platformada əhatə edəcək. Həmçinin e-DOST platforması, "BACAR” virtual informasiya resursu, "Elektron əmək birjası və yarmarkası” sistemi, "İctimai işlər portalı” və s. də hazırlanır.



www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























