• $
  • €
  • ₽
  • ₺
  • £

Gülər Əhmədova bəraət üçün müraciət edəcək

Gülər Əhmədova bəraət üçün müraciət edəcək
07.05.2014 12:42
3 il müddətinə azadlıqdan məhrum edilmiş eks-deputat Gülər Əhmədova Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə şərti azadlığa buraxıldı.

“Gülər Əhmədova bəraət almaq üçün müraciət edəcək”. Bu barədə sabiq deputatın vəkili Əfsər Talıblı Modern.az-a bildirib. Vəkil deyib ki, Apellyasiya Məhkəməsinin qərarını nəzərə alıb Ali Məhkəməyə kassasiya şikayəti verəcəklər.   “Gülər Əhmədova dəfələrlə təqsirsiz olduğunu bildirib. Apellyasiya Məhkəməsinin qərarını nəzərə alıb, Ali Məhkəməyə kassasiya şikayəti verəcəyik. Sonrakı mərhələlər isə Gülər Əhmədovadan asılı olacaq. O, necə istəsə, mən də o cür hərəkət edəcəyəm. Amma kassasiya şikayətinin verilməsi vaxtını hələ qərara almamışıq”.     Gülər Əhmədovanın evə buraxılmasından sonra onunla bu məsələləri müzakirə etmədiyini deyən Əfsər Talıblının sözlərinə görə, qərarı alandan sonra məsləhətləşəcəklər.  Xatırladaq ki, sabiq deputat Gülər Əhmədova fəaliyyəti dayandırılmış ABU-nun sabiq rektoru Elşad Abdullayevin yaydığı qalmaqallı videodan sonra, ötən il fevralın 13-də həbs olunub.Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə o, üç il müddətinə azadlıqdan məhrum edilib. Apellyasiya Məhkəməsi “külli miqdarda dələduzluq” və “qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə” maddələri ilə üç illik azadlıqdan məhrum edilən sabiq deputat Gülər Əhmədovanın kassasiya şikayətini təmin edilib və iki gün öncə məhkəmə zalından azadlığa buraxılıb.

ANN.Az

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol