• $
  • €
  • ₽
  • ₺
  • £

DİM-in məxfi sənədinin ictimaiyyətə sızması iddiası barədə rəsmi açıqlama

DİM-in məxfi sənədinin ictimaiyyətə sızması iddiası barədə rəsmi açıqlama
10.01.2022 12:52
Dövlət İmtahan Mərkəzi (DİM) 2022-ci ildə keçiriləcək imtahanların qrafiki haqqında məlumat yayıb.


DİM-dən Anews.az-a verilən məlumata görə, mərkəz tərəfindən 2021-ci il ərzində 32 növ imtahan keçirilib və bu imtahanlarda ümumilikdə 426 minə yaxın şəxs iştirak edib.


DİM tərəfindən keçirilən imtahanlar kütləvi xarakter daşıyır. Əlbəttə ki, bu imtahanların qrafikinin layihəsi ilin əvvəlində tərtib olunmaqla aidiyyəti dövlət orqanları ilə birgə müzakirə olunur, razılaşdırılır və yekun qərar qəbul olunduqdan sonra ictimaiyyətə təqdim olunur: "Xatırlayırsınızsa, pandemiyadan öncə DİM tərəfindən növbəti il ərzində keçiriləcək imtahanların qrafiki adətən yanvar və ya fevral aylarında elan olunurdu. Lakin "COVID-19”la əlaqədar sanitar-epidemioloji vəziyyəti qabaqcadan müəyyən etmək çətindir. Ona görə də Mərkəz tərəfindən keçiriləcək imtahanların qrafiki 2 ildir ki, hissə-hissə təqdim olunur.


Ötən ilin sonunda DİM tərəfindən 2022-ci ilin yanvar və fevral aylarında keçiriləcək imtahanlarının qrafiki barədə məlumat verilib. Təəssüf ki, dünən axşamdan sosial şəbəkələrdə Mərkəz tərəfindən il ərzində keçiriləcək imtahanların tarixləri ilə əlaqədar layihə-qrafik paylaşılır. Bu layihə-qrafik məxfi sənəd deyil və həm DİM-in müvafiq departamentləri, həm də aidiyyəti dövlət qurumları arasında işçi qaydada müzakirə olunur. Ona görə də imtahanların məhz bu qrafik əsasında keçirilib-keçirilməyəcəyi haqqında əvvəlcədən nəsə demək mümkün deyil. Qrafik aidiyyəti qurumlarla razılaşdırıldıqdan sonra və yuxarıda da qeyd edildiyi kimi, sanitar epidemioloji vəziyyətdən asılı olaraq hissə-hissə elan ediləcək.


Öz kütləvi xaraketeri ilə seçilən buraxılış imtahanları barədə onu deyə bilərik ki, tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarının mart, ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarının isə aprel ayı ərzində keçirilməsi nəzərdə tutulur. Bu imtahanların keçirilmə tarixləri və yerləri yanvar ayı ərzində elan olunacaq.


Abituriyentlər və kütləvi informasiya vasitələri nümayəndələrindən diqqətli olmaları və yalnız rəsmi qaydada elan olunan məlumatlara istinad etmələrini xahiş edirik. Bir daha xatırladırıq ki, imtahan tarixləri məlum olan kimi dim.gov.az saytının "Təqvim” bölməsinə əlavə edilir və bununla bağlı rəsmi açıqlama verilir".

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol