• $
  • €
  • ₽
  • ₺
  • £

Səhiyyə Nazirliyi əhali arasında kütləvi virusun yayılmasının səbəblərini açıqlayıb

Səhiyyə Nazirliyi əhali arasında kütləvi virusun yayılmasının səbəblərini açıqlayıb
10.01.2022 13:10
Səhiyyə Nazirliyi son zamanlar Azərbaycanda insanlar arasında kütləvi virusun yayılmasının səbəblərini açıqlayıb.

Nazirliyin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov "Report”a bildirib ki, hazırda həm uşaqlar, həm də böyüklər arasında yüksək hərarət və digər oxşar əlamətlərlə özünü büruzə verən respirator virus infeksiyaları yayılıb.

"Əhali arasında kütləvilik təşkil edən xəstəlik mövsümü xarakter daşıyan kəskin respirator virus infeksiyalarıdır. Bu viruslar da adətən soyuq aylarda alovlanır və say artır. Hər il demək olar eyni mənzərə müşahidə edilir və bu il də istisna deyil”, - o vurğulayıb.

Nazirlik rəsmisi bildirib ki, əvvəlki illərlə müqayisədə indi rəqəmlərdə artım var: "Buna səbəb əvvəlki illərdə pandemiyaya görə bir sıra qapanmaların olmasıdır. Hazırda isə bir çox qadağalar aradan qaldırılıb. Bunu nəzərə alsaq hazırda ölkədə mövsümü virusa yoluxma səviyyəsi əvvəlki illərdə qeydə alınan göstəricilərlə eyni səviyyədədir. Yəni indiki kütləvi xəstələnmə mövsümü xarakter daşıyır. Hesab edirəm ki, müəyyən vaxtdan sonra belə xəstələrin sayı azalacaq”.

Mütəxəssis eyni zamanda, əhaliyə müraciət edib: "Əgər insanlarda yüksək hərarət, baş ağrısı, burun axması, öskürək və s. kimi əlamələtlər olsa, ilk növbədə özlərini təcrid etsinlər və başqa şəxslərlə mümkün qədər təmasları azaltsınlar. İmkan daxilində ayrı otaqda qalmaq lazımdır və digər ailə üzvləri ilə təmas kəsilməlidir. Virusa yoluxan şəxsin özü və ailə üzvləri maska taxmalı, sonra həkimə müraciət edilməlidirlər. Lazım gələrsə ondan koronavirus əleyhinə test götürə bilər. Məktəbə və ya bağçaya gedən uşağı olan valideynlər daha diqqətli olmalıdır. Əgər kiminsə övladının səhhətində narahatlıq yaranıbsa, onu məktəbə və ya bağçaya göndərmək olmaz. Çünki məktəbyaşlı uşaqlar bu cür infeksiyaların kütləvi yayılmasına səbəb ola bilər”.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol