• $
  • €
  • ₽
  • ₺
  • £

Əri Nahidəni öldürərkən bədənini hissələrə ayırıb

Əri Nahidəni öldürərkən bədənini hissələrə ayırıb
10.01.2022 17:12
Yanvarın 4-də Bakıda qətlə yetirilən Nahidə Həsənovanın doğranmış cəsədinin videogörüntüləri sosial şəbəkələrdə yayılıb.


Dəhşətli görüntülərdə qadının başının bədənindən ayrıldığı və qollarının kəsildiyi görünür. Bununla da onu əri Orxan Alıyevin vəhşicəsinə öldürdüyü məlum olub.


"Lider” televiziyasının texniki işçisi olan Nahidə Həsənovanın əri Orxan Alıyev onun həm də xalası oğlu olub. Bundan öncə bir neçə dəfə mübahisələri düşən cütlük dəfələrlə qeyri-rəsmi olaraq ayrılıblar. Yaxın qohum olmaları və ailə üzvlərinin xahişi ilə hər ayrılıqdan sonra barışsalar da, bu münasibət sonda qətllə yekunlaşıb.


Cütlük sonuncu dəfə Xətai rayonu, Əhmədli qəsəbəsi, Əliağa Şıxlinski küçəsi 29/42 ünvanında yaşayıb. Elə qətl hadisəsi də bu evdə baş verib. Onların övladı da həmin evdə yaşayıb.


Hadisə ilə bağlı istintaq ilkin mərhələdə Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlatsa da, sonradan qətlin dəhşətli məqamları üzə çıxıb. N.Həsənovanın doğranaraq öldürülməsinə görə iş daha ağır maddəyə tövsif edilib.


Baş Prokurorluğun Mətbuat xidmətindən "Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, yanvarın 4-də Xətai rayonu ərazisində Nahidə Həsənovanın qəsdən öldürülməsi faktı ilə bağlı başlanan cinayət işi üzrə təqsirləndirilən şəxs Orxan Alıyevin əməli Cinayət Məcəlləsinin 120.1-ci maddəsindən həmin Məcəllənin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsinə tövsif edilib.


Hazırda istintaq davam edir.


Qeyd edək ki, O.Alıyevi CM-nin 120.1-ci maddəsi ilə 9 ildən 14 ilədək həbs cəzası gözləyirdi. Ağırlaşdırılan CM-nin 120.2.4-cü maddəsiylə isə O.Alıyev 14 ildən 20 ilədək azadlıqdan məhrum edilə bilər.


Murad Əhməd

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol