• $
  • €
  • ₽
  • ₺
  • £

Lənkəran Dövlət Universitetinin əməkdaşı vəfat edib - FOTO

Lənkəran Dövlət Universitetinin əməkdaşı vəfat edib - FOTO
10.01.2022 19:31
Lənkəran Dövlət Universitetinin (LDU) əməkdaşı vəfat edib.

Bu barədə Lənkəran Dövlət Universiteti məlumat yayıb.
Universitetin dosenti, "Tarix və onun tədrisi metodikası” kafedrasında uzun illər çalışmış, ötən ildən təqaüddə olan müəllim, tarix elmləri namizədi Əliağa Arif oğlu Baxşıyev uzun sürən xəstəlikdən sonra 81 yaşında bu gün dünyasını dəyişib.

Qeyd edək ki, Ə.A.Baxşıyev 10 fevral 1941-ci ildə Astara rayonunun Motlayataq kəndində anadan olub. 1964-1968-ci illərdə Azərbaycan Dövlət Universiteti Tarix fakültəsinin əyani şöbəsində təhsil alıb. 1968-1974-cü illərdə Astara rayonu Siyəkü kəndində tarix müəllimi, 1974-cü ildən ADU-nun Tarix fakültəsinin Azərbaycan tarixi kafedrasında laborant, baş laborant, müəllim, baş müəllim və dosent vəzifələrində çalışıb. 1998-2012-ci illərdə Lənkəran Dövlət Universitetinin "Tarix və fəlsəfə” kafedrasına rəhbərlik edib, 2012- 2016-cı illərdə kafedrada dosent vəzifəsində çalışıb, 2016-2018-ci illərdə yenidən "Tarix və onun tədrisi metodikası” kafedrasının müdiri vəzifəsində işləyib. Ə.A.Baxşıyev 3 dərs vəsaiti, 1 proqram, 19 elmi məqalənin müəllifi idi. 2006-cı ildə Təhsil Nazirliyinin fəxri fərmanı ilə, 2019-cu ildə isə fəxri müəllim nişanı ilə təltif edilmişdi.
 


www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol