FHN: Ötən sutka 14 yanğına çıxış olub

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.
Anews.az-ın FHN-in saytına istinadən verdiyi məlumata görə, "112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 14 yanğına çıxış, 1 halda köməksiz vəziyyətdə qalma və 1 avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.
Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 1 nəfər xilas edilib, həmçinin yanğın yerinin kəşfiyyatı zamanı 1963-cü il təvəllüdlü Nərimanov İlqar Yunis oğlunun meyiti aşkar olunaraq aidiyyətı üzrə təhvil verilib.
Bundan başqa, Xızı rayonu, Sitalçay kəndi ərazisində "Niva" markalı minik avtomobilinin Taxtakörpü-Ceyranbatan su kanalına düşməsi nəticəsində hadisə yerinə dərhal müvafiq xilasetmə qüvvələri cəlb olunub, avtomobil sudan çıxarılıb, batması ehtimal olunan bir nəfərin axtarış işlərinə başlanılıb.
www.anews.az

Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib