"Çoban Xanış"ın oğlu arvadını öldürdü - Lerik polisindən açıqlama+YENİLƏNİB

"Çoban Xanış"ın oğlu Nazim Şahıyev barəsində həyat yoldaşını döydüyü üçün dəfələrlə Lerik rayon polis şöbəsində araşdırma aparılıb.Lerik rayon polis şöbəsinin növbətçi hissəsindən publika.az-a bildirilib ki, Səkinə Əliyeva həyat yoldaşı Nazim Şahıyev barəsində şöbəyə dəfələrlə şikayət ərizəsi ilə müraciət edib. Ərizə əsasında araşdırma aparılıb və müvafiq tədbirlər görülüb.Şöbədən bildirilib ki, sözügedən ailə münaqişəli ailə olub. Sahə müvəkkili mütəmadi olaraq həmin ailə ilə görüşüb, söhbətlər aparıb.Sahə müvəkkili Ülfət Novruzov publika.az-a bildirib ki, Şahıyevin ailəsi münaqişəli ailə kimi şöbədə qeydiyyatda olub. “Polis şöbəsi Səkinə Əliyevanın şikayətləri əsasında təhqiqat, araşdırma aparıb, Şahıyev bölməyə çağrılıb. Rayon məhkəməsi N.Şahıyevi dəfələrlə cəzalandırıb. Ona 15 sutka inzibati həbs, 8 ay azadlıqdan məhrumetmə cəzaları kəsilib” -, sahə müvəkkili deyib.Onun sözlərinə görə, N.Şahıyev son dəfə bir neçə gün öncə xuliqanlıq hərəkətlərinə görə məhkəmənin qərarı ilə 200 manat məbləğində cərimələnib.Xatırladaq ki, “Çoban Xanış” kimi tanınan mərhum Xanış Şahıyevin oğlu Nazim Şahıyev ailə münaqişəsi zəminində həyat yoldaşı Əliyeva Səkinə Şaban qızını qətlə yetirib.Mərhumun yaxınları publika.az-a deyiblər ki, o,bir neçə dəfə ərizə ilə Lerik rayon İH-nə və rayonun hüquq-mühafizə orqanlarına müraciət edib ki, həyat yoldaşı tərəfindən təhdid edilir və onu qətlə yetirə bilər. Amma bu müraciətlərə heç bir reaksiya verilməyib.Qeyd edək ki, Nazim Şahıyevin qətlə yetirdiyi həyat yoldaşı iki uşaq anasıdır və 1975-ci ildə anadan olub. O, Lerik rayon xəstəxanasında xadimə işləyib.ANN.Az
***
10:21
Arvadının ondan 102 xidmətinə şikayət etməsi Nazim Şahıyevin xoşuna gəlməyib
Lerik rayonunda ağır qətl hadisəsi baş verib.ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, 1974-cü il təvəllüdlü Nazim Xanış oğlu Şahıyev həyat yoldaşını qətlə yetirib. Hadisə ötən gün axşam saat 19-radələrində baş verib.Belə ki, Nazim Şahıyev axşam saatlarında sərxoş vəziyyətdə evə gəlib. Arvadı, 1975-ci il təvəllüdlü Səkinə Şaban qızı Əliyeva ilə aralarında şəxsi münasibətlər zəminində mübahisə düşüb. Bu zaman qadın həyətə düşərək Daxili İşlər Naziriliyinin 102 xidmətinə zəng edərək əri tərəfindən təhdidlərə məruz qaldığını bildirib. Arvadını izləmək üçün çölə çıxan kişi onun adıçəkilən xidmətə zəng etdiyini görüb. O evə qayıdara mətbəx bıçağını götürüb. Qadını bıçaqlamaq üçün onun arxasınca qaçmağa başlayıb. Bu zaman Səkinə Əliyeva qaçaraq qonşunun həyətinə girmək istəsə də, buna nail ola bilməyib.N.Şahıyev ona qonşunun qapısının yanında 6 bıçaq zərbəsi vurub. Qadın xəstəxanaya çatrılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.Lerin rayon prokurorluğunun müstəntiqi Abdulla Abdullayev onların boşansalarda bir evdə yaşadıqlarını bildirib. Onun szölərinə görə, təqsirləndirilən şəxs artıq saxlanılıb. Hadisə ilə bağlı araşdırma aparılır.Qeyd edək ki, N.Şahıyev çoban kimi tanınan Xanış kişinin oğludur. Xanış kişi 2009-cu ildə 77 yaşında vəfat edib. ANN.Az























