• $
  • €
  • ₽
  • ₺
  • £

Rusiya gənc qızı son anda ölümdən xilas edən azərbaycanlıdan danışır - Video

Rusiya gənc qızı son anda ölümdən xilas edən azərbaycanlıdan danışır - Video
11.01.2022 14:54
Rusiyanın Perm şəhərində azərbaycanlı bir şəxs intihar etmək istəyən gənc qızı xilas edib.


Yanvarın 8-i sosial şəbəkələrin Rusiya seqmentində hadisənin videosu yayılıb.


Videoda binanın 16-cı mərtəbəsinin eyvanında bir qızın olduğu və ağladığı görünür. İntihar etmək istəyən qızı görən bir kişi isə onunla danışmağa başlayır. Qız bir müddət orada qaldıqdan sonra canına qəsd etmək fikrindən daşınır.


Rusiya mediası daha sonradan gənc qızı xilas edən şəxsin kimliyi ilə maraqlanıb. Məlum olub ki, həmin şəxs Kənan Ukalayev adlı azərbaycanlıdır. O, 2007-ci ildən Perm şəhərində yaşayır.


Onun sözlərinə görə, gecə saatlarında qardaşı ilə küçədən keçərkən eyvanda qızın əyləşdiyini görüb. O bildirib ki, qızla danışmağa başlayıb: "Ətrafda heç kim yox idi. Heç kim binanın giriş qapısını açmırdı. Biz düşündük ki, artıq heç cür ona kömək edə bilmərik. Daha sonra mən qapını sındırdım və liftlə qızın olduğu mərtəbəyə qalxdım. Qız məni gördü və ağladı. O, mənimlə getdi və bildirdi ki, yolun o biri tərəfində yaşayır və evə tək getmək istəyir. Mən isə adını belə soruşmağı unutdum”.


Sosial şəbəkə istifadəçiləri azərbaycanlının bu hərəkətini yüksək qiymətləndiriblər və qeyd ediblər ki, o, qəhrəmancasına davranıb.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol