• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycana qarşı qərəzli mövqe tutan beynəlxalq təşkilatların siyahısı açıqlanıb

Azərbaycana qarşı qərəzli mövqe tutan beynəlxalq təşkilatların siyahısı açıqlanıb
11.01.2022 17:21
Azərbaycanla bağlı qərəzli mövqedən çıxış edən beynəlxalq təşkilatların adları açıqlanıb.


Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi ötən il mərkəzin ekspertlərinin Azərbaycan əleyhinə əsassız iddialara qarşı yazdıqları cavab yazılarını dərc etməkdən imtina edən beynəlxalq institutlara dair ingilis dilində hesabat hazırlayıb.


Vurğulanıb ki, azərbaycanlı ekspertlər, akademiklər və şərhçilər üçün münaqişə və regionla bağlı Qərbdəki akademik jurnallarda yazı dərc etdirmək hər zaman çətin olub və 2021-ci ildə də bu şəkildə davam edib. Bildirilir ki, 2021-ci ildə "Forbes” "Columbia Journalism Review”, "Institute for the Study of Human Rights”, "New Lines Institute for Strategy and Policy”, "Responsible Statecraft” kimi təşkilatlar Azərbaycana qarşı qərəzli yanaşmanı davam etdirərək ekspertlərin Azərbaycana dair əsassız ittihamlara dair cavab yazılarını dərc etməkdən imtina ediblər.


"Bütün tərəfləri dinləmək üçün bərabər imkanlar təqdim etməli olan müxtəlif platformalar çox vaxt əks fikri inkar edir. Belə ki, Azərbaycanın mövqeyinə dözümsüzlük nümayiş etdirən qurumlar bir tərəfdən demokratik dəyərlərin müdafiəçisi olduqlarını iddia edir, digər tərəfdən isə regionla bağlı əsassız iddiaların, düzgün olmayan ifadələrin və təhrifli fikirlərin səsləndirilməsini təşviq edirlər. 30 ilə yaxın müddət ərzində bəzi Qərb şərhçiləri "balanslı yanaşma” oyunu oynamaqla işğalçı ilə işğala məruz qalan arasında fərq qoymadan təcavüzkarla, bir milyona yaxın qaçqın və məcburi köçkünlə üzləşən, etnik təmizləməyə məruz qalan ölkəyə eyni səviyyədə yanaşırlar”, - hesabatda bildirilib.


Hesabatda bu qərəzli yanaşmanın Qərb ölkələrində liberal dairələrin ermənilərə rəğbəti və gizli xristian həmrəyliyi səbəbindən baş verə biləcəyi qeyd olunub.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol