• $
  • €
  • ₽
  • ₺
  • £

Dünən saxlanılanlar bu gün məhkəməyə çıxarılacaqlar

Dünən saxlanılanlar bu gün məhkəməyə çıxarılacaqlar
07.05.2014 11:22
Dünən NİDA-çıların məhkəməsindən sonra çıxarılan hökmə etiraz olaraq gənclər aksiya keçirmişdi. “Qafqazinfo” ya verilən məlumata görə, aksiya zamanı 26 nəfər saxlanılıb.

Onlardan 12-si dünən buraxılıb. 14 nəfərin isə bu gün məhkəməsi keçiriləcək. Hazırda saxlanılanlar Nəsimi rayon məhkəməsinə gətirilib. Müsavat Partiyası Gənclər Təşkilatının üzvü Cavid Hacıbəyli “Qafqazinfo” ya açıqlamasında bildirib ki, Müsavat partiyasından iki nəfər məhkəməyə gətirilib. Onlar Tural Abbaslı və Şamil Beydulladır. Musavat.com-un məlumatına görə isə dünən "Nida" vətəndaş hərəkatının üzvlərinə həbs cəzası kəsiləndən sonra alınmış spontan etiraz aksiyasında saxlanılanlardan 14 nəfər artıq Nəsimi rayon məhkəməsinə gətirilib.Məhkəmənin qarşısı polislərlə və mülki geyimli təxribatçılarla doludur. Onlar açıq şəkildə məhkəmə önünə gələnləri küçə söyüşləri ilə təhqir edirlər. Obyektiv TV-nin jurnalisti Hüseyn Əzizoğlu mülki geyimli şəxs tərəfindən döyülüb. Onun eynəyi sındırılıb, kamerası əlindən azılıb. Məhkəmə önünə heç kəsi buraxmırlar. Təxribatçılar insanları təxribata çəkirlər. Hazırda məhkəmə çıxarılacaq şəxslər polis maşınlarının içərisində gözləyirlər.ANN.Az

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol