Vüqar Səfərli Əli Həsənovla oğlu barədə məhkəməyə şikayət etdi

Ləğv edilmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) sabiq icraçı direktoru Vüqar Səfərlinin barəsində olan hökmdən verilən apellyasiya şikayətinin detalları məlum olub.
Bildirilib ki, Fondla icarəyə verən arasında bağlanmış rəsmi müqavilələr mövcuddur, həmin müqavilələr üzrə ödəniş sənədləri də cinayət işinin materiallarına əlavə edilib:
Fondun fəaliyyət göstərdiyi ünvan üzrə ödənilmiş icarə haqqının dövlət tərəfindən müəyyən edilmiş standartdan artıq olmasına dair dövlət orqanlarının heç vaxt irad bildirməməsi, ödənilmiş icarə haqqından V.Səfərlinin hər hansı maraqlarının təmin edilməsinin aşkara çıxarılmaması, icarə obyektində yerləşmənin müvafiq qaydada razılaşdırılması, Fondun həmin sahədə fəaliyyət göstərməsinə səlahiyyətli şəxslər və orqanlar, xüsusilə də Maliyyə Nazirliyi Dövlət Xəzinədarlıq Agentliyi tərəfindən heç bir irad bildirilməməsi kimi hallar V.Səfərlinin hər hansı təqsirinin olmamasına dəlalət edir.
Eyni zamanda, icarə haqqının bazar qiymətlərindən artıq olub-olmamasının müəyyən edilməsi üçün mütləq ekspertiza təyin edilməli, həmin binada dövlət büdcəsi hesabına maliyyələşən digər təşkilat və qrumların hansı məbləğdə icarə haqqı ödəməsi araşdırılmalı idi.
Hadisənin mexanizimindən görünür ki, müqavilə əsasında pul vəsaiti Fonda ayrılmış və eyni qaydada da "icarə haqqı” təyinatı ilə Həsənli Şamxal Əli oğlunun hesabına transfer edilib. Belə olan halda həmin pul vəsaitlərinin ayrıldığı və çatdığı yer bəllidir. Göründüyü kimi, icarə haqqı üzrə hər hansı məbləğdə pulun V.Səfərliyə qaytarılmaması və yaxud bu epizod üzrə V.Səfərlinin hər hansı formada bəhrələnməməsi onun qeyd edilən epizod üzrə CM-nin 179-cu maddəsi ilə məsuliyyətini istisna edir.
Azərbaycanın mətbuat işçiləri üçün inşa edilmiş binaların tikintisi zamanı yol verilmiş qanuna zidd əməllər nəticəsində dövlətə məxsus 16 928 086,44 manat məbləğində pul vəsaitinin talanması epizodu üzrə müdafiə tərəfi olaraq qeyd edirik ki, həmin epizod üzrə də digər epizodlar kimi məhkəmə ibtidai istintaq zamanı əldə olunmuş hüquqi əsası olmayan audit aktını əsas götürməklə yalnız və yalnız ittiham tərəfinin mövqeyini təsdiq edərək maddi və prosessual hüquq normalarını, tələblərini pozub.
Məhkəmə digər epizodda olduğu kimi, bu epizod üzrə də məhkəmə istintaqı zamanı araşdırılmış və əldə olunmuş sübutları görməzdən gələrək ittiham tərəfinin mövqeyini təsdiq etməklə düzgün olmayan nəticəyə gəlib.
Hökmdə konkret olaraq kim və kimlər tərəfindən Vüqar Səfərliyə hansısa məbləğdə dövlət büdcəsinə aid olan pulun verilməsi faktına istinad olunmayıb. Həmçinin qeyd edilməlidir ki, tikinti üzrə ziyanın V.Səfərli tərəfindən deyil, Ədalət Vəliyev tərəfindən ödənilməsi də V.Səfərlinin mövqeyinin əsaslı olmasına dəlalət edir.
Beləliklə, həmin epizod üzrə ittihamın əsasları uydurmadır və işin faktiki halları ilə ziddiyət təşkil etməklə əsassız olub təqsirləndirilən şəxs V.Səfərlinin hüquqularını kobud şəkildə pozur”.
Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə V.Səfərli 10 il 6 ay müddətinə azadlıqdan məhrum olunub.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























