• $
  • €
  • ₽
  • ₺
  • £

Səhiyyə Nazirliyindən XƏBƏRDARLIQ

Səhiyyə Nazirliyindən XƏBƏRDARLIQ
07.05.2014 11:20
Azərbaycan Səhiyyə Nazirliyi Klinik Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov yay mövsümünün yaxınlaşması ilə əlaqədar insanları həşərat sancmalarına məruz qalmamaları üçün ehtiyatlı olmağa çağırıb.A.Maqsudov Trend-ə bildirib ki, havalar istiləşəndə hörümçəyin bir növü olan qara qurd və sarı, qara əqrəblərdən zəhərlənmə halları olur. Buna görə də insanlar özlərini bu həşəratlardan qorumalıdırlar: "Hələlik havalar sərin keçdiyindən bu həşəratlardan zəhərlənmələrlə bağlı müraciətlər edilməyib. Ancaq havalar istiləşən kimi bununla bağlı da müraicətlərin daxil olacağı gözlənilir".A.Maqsudov deyib ki, qara qurd, sarı və qara əqrəblərdən zəhərlənənlər arasında Aran rayonlarında - Yevlax, Bərdə, Hacıqabul, Kürdəmir və Bakı ətrafı rayonlarda yaşayan insanlar üstünlük təşkil edirlər. Kənd təsərrüfatı işlərinin görüldüyü ərazilərdə çalışan insanlar da belə zəhərlənmələrə məruz qalırlar. Toksikoloqun sözlərinə görə, aprelin 20-dən sonra gürzə ilanının çalması nəticəsində zəhərləniş 6 nəfər xəstəxanaya yerləşdirilib. Onlardan 5-i artıq evə buraxılıb. Hazırda xəstəxanada ilan sancması nəticəsində zəhərlənmiş Hacıqabulda yaşayan, 43 yaşlı qadın müalicə olunur. Yaxın günlərdə həmin qadın da evə buraxılacaq. İlan sancması nəticəsində zəhərlənən digər şəxslər Bakı və Bakı ətrafı kəndlərdə yaşayan şəxslər olub.A.Maqsudov bildirib ki, bu ilin əvvəlindən dərmanların əlavə təsirləri ilə əlaqədar 38 nəfər xəstəxanaya müraciət edib. Yalnız aprel ayında 14 nəfər dərmanların əlavə təsirləri ilə əlaqədar KTM-yə müraciət edib.ANN.Az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol