Ermənistan tərəfi itkilərini açıqladı

Ermənistan silahlı qüvvələrinin yanvarın 11-i günorta saatlarından etibarən başlatdığı təxribat nəticəsində 3 erməni əsgəri həlak olub.
Bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirlik Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətindəki təxribat nəticəsində əsgər Vaqan Babayanın (2003-cü il təvəllüdlü) ölüm xəbərini təsdiqləyib.
Ötən gün də Ermənistan iki hərbi qulluqçusunun - sıravi əsgər 2002-ci il təvəllüdlü Artur Mxitaryan və 2002-ci il təvəllüdlü kiçik serjant Rudik Qaribyan həlak olmasını təsdiqləyib. Həmçinin bildirilib ki, iki hərbi qulluqçu yaralıdır, onların həyati təhlükəsi yoxdur.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























