• $
  • €
  • ₽
  • ₺
  • £

Abşeronda narkotikin təsiri altında avtomobil idarə edən şəxslər saxlanılıb

Abşeronda narkotikin təsiri altında avtomobil idarə edən şəxslər saxlanılıb
12.01.2022 20:30
Abşeron rayonunda narkotikin təsiri altında avtomobil idarə edən şəxslər saxlanılıb.


Bu barədə Anews.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.


DİN-in Baş Dövlət Yol Polisi İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə Abşeron rayonunun Saray qəsəbəsi ərazisində yerləşən daimi postda Şirvan şəhər sakini Abbasqulu Şadlinski idarə etdiyi "Renault”, İsmayıllı rayonunun Diyallı qəsəbəsi ərazisində yerləşən daimi postda isə Qalagah kənd sakini Elnur Mahmudov idarə etdiyi "VAZ-21214” markalı avtomobillərlə yol hərəkəti qaydalarını pozduqları üçün saxlanılıblar.


Polis əməkdaşları tərəfindən həmin sürücülərin narkotik vasitə qəbul etmələri müəyyən edilib.


İnzibati Xətalar Məcəlləsinin 327.1-ci və 333.1-ci maddələri ilə A.Şadlinski, 329.3-cü, 332.1-ci və 334.1-ci maddələri ilə E.Mahmudov barəsində protokollar tərtib olunub.


Abşeron Rayon Məhkəməsinin qərarı ilə A.Şadlinski 6 ay müddətində sürücülük hüququndan məhrum edilib, İsmayıllı Rayon Məhkəməsinin qərarı ilə E.Mahmudov 10 gün müddətinə inzibati qaydada həbs edilib.


Bu istiqamətdə tədbirlər davam etdirilir.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol