Şəhid Ayaz Nəzərli ilə vida keçirilir - YENİLƏNİB

Şəhidimiz Ayaz Nəzərli Bozalqanlıda torpağa tapşırılıb.
Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən müvafiq tədbirlər nəticəsində qarşı tərəf susdurulub.(Apa)
www.anews.az
------------
Şəhid hərbçinin cənazəsi Tovuzun Bozalqanlı kəndində yaşadığı evə gətirilib.
Vida mərasimində şəhidin ailə üzvləri, hərbçilər, rayon İcra Hakimiyyətinin rəhbərliyi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tovuz Rayon Şöbəsinin əməkdaşları, hüquq-mühafizə orqanlarının və ictimaiyyətin nümayəndələri iştirak edir.
24 yaşlı şəhid əsgər kənd qəbiristanlığında dəfn ediləcək.
Qeyd edək ki, Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində yanvarın 11-i günorta saatlarında Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribat nəticəsində hərbi qulluqçumuz müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Nəzərov Ayaz Azər oğlu şəhid olub.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























