• $
  • €
  • ₽
  • ₺
  • £

Fərahim İlqaroğlunu döyənlər saxlanıldı

Fərahim İlqaroğlunu döyənlər saxlanıldı
07.05.2014 10:45
Ötən ayın 25-də "Yeni Müsavat"ın reportyoru Fərahim İlqaroğlunu yaşadığı binanın girəcəyində döyənlərdən ikisi yaxalanıb. Bu barədə musavat.com-a polis orqanlarından xəbər verilib. Onlardan biri - Feyruz Pişşari adlı şəxs idmanşıdır, digəri isə ona dəstək verənlərdən biridir.

Əldə etdiyimiz məlumata görə, polis orqanları hələlik yaxalanan şəxslər barədə məlumat yaymayıb, ancaq gün ərzində rəsmi açıqlama ilə çıxış edə edə bilər.Qeyri-rəsmi olaraq əldə etdiyimiz xəbərə görə, F.İlqaroğlunu cüdo fəndləri ilə yerə yıxaraq döyən şəxs bu cinayəti ilə bağlı ziddiyyətli ifadələr verib. Lakin istintaq nəticəsində məlum olub ki, o, aldığı sifariş əsasında jurnalisti döyüb. İstintaqa isə deyib ki, özü də bilmir ki, F. İlqaroğlunu nəyə görə döyüb. Musavat.com-a Feyruza jurnalisti döyməyi sifariş verənin kimliyi məlumdur, hazırda onun yaxalanaması üçün əməliyyat aparılır. Bu səbədən də təfsilatlı məlumat yaya bilmirik.Onu da qeyd edək ki, əməkdaşımız həmin hücum zamanı ciddi xəsarət almışdı və bu məsələ daxili işlər nazirinin nəzarətində idi.Cinayət hadisəsi jurnalistin avtomobilinin video-qeydedicisinə düşməsi səbəbindən, ortada aydın görünən video-çəkiliş var. ANN.Az

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol