• $
  • €
  • ₽
  • ₺
  • £

“İcazə blankları”nın yekun bölgüsü başa çatıb

“İcazə blankları”nın yekun bölgüsü başa çatıb
12.01.2022 17:36
2022-ci il üçün Beynəlxalq Nəqliyyat Forumunun çoxtərəfli illik icazələrinin milli avtodaşıyıcılar arasında yekun bölgüsü başa çatıb. Bölgüyə əsasən daşıyıcılar onlara ayrılmış "İcazə blankları”nı cari ilin 31 yanvar tarixinədək təhvil ala bilərlər.


Anews.az-ın məlumatına görə "İcazə blankları”nın avtomobil nəqliyyatı ilə beynəlxalq daşımalar həyata keçirən daşıyıcılar arasında bölüşdürülməsi prosesini ictimai iştirakçılığın təmin edilməsi məqsədilə Xüsusi Komissiya həyata keçirib. Belə ki, Xüsusi Komissiya Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyası nəzdində fəaliyyət göstərir və onun işində dövlət orqanı, assosiasiya və daşıyıcıların nümayəndələri iştirak edirlər.


Daşıyıcılar icazə blankları almaq üçün avtonəqliyyat vasitələrinin mülkiyyət və ya istifadə hüququnu təsdiq edən sənədlərin, ekoloji sertifikatın surətlərini və avtomobili idarə edəcək sürücülərin əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınmasını təsdiq edən sənədi Xüsusi Komissiyaya təqdim edirlər. Xüsusi Komissiyanın apardığı bölgüyə əsasən daşıyıcılara tələbatlarına uyğun sayda "İcazə blankları” ayrılır.


 Məqsəd avtomobil nəqliyyatı ilə daşımalar sahəsində sahibkarlığın stimullaşdırılması, daşıyıcılar arasında azad rəqabətin təmin olunması, milli daşıyıcıların beynəlxalq daşımalar bazarında rəqabət qabiliyyətinin artırılması üçün əlverişli şəraitin yaradılması və inhisarçılığın qarşısının alınmasıdır. Həmçinin beynəlxalq avtomobil daşımaları bazarına çıxışın tənzimlənməsində Azərbaycanın da qoşulduğu Avropa Nəqliyyat Nazirləri Konfransının Çoxtərəfli Kvota Sistemi çərçivəsində həyata keçirilən beynəlxalq avtomobil daşımaları üzrə Keyfiyyət Xartiyasının tələblərinin icrasına nail olmaqdır.


"İcazə blankları”nın bölgüsü prosesinin təkmilləşdirilməsi azad rəqabət mühitinin inkişaf etdirilməsi, daşıyıcıların və sürücülərin peşəkarlıq səviyyəsinin artırılması və beynəlxalq reytinqlərdə Azərbaycan Respublikasının mövqeyinin yaxşılaşdırılmasına şərait yaradır.


 "İcazə blankları” ölkələr arasında razılığa əsasən daşımaların həcminə uyğun müəyyən olunan və beynəlxalq yükdaşımalarını icra etmək üçün tətbiq edilən sənəd növüdür. Bu sənəd ölkələr arasında daşımaların həcmindən asılı olaraq, kvota əsasında müəyyən olunaraq paritet qaydada mübadilə edilir. 

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol