Rusiyada azərbaycanlı ata qızının soyadı ilə bağlı məhkəməni uduzdu

Rusiyanın Nijnevartovsk məhkəməsi azərbaycanlı atanının qızının soyad sonluğu ilə bağlı iddiasını təmin etməyib.
"Bu tələblərlə məhkəməyə müraciət edən vətəndaş N. arqumentlərindən biri onun özünün milliyyətcə azərbaycanlı olması, ailəsində Azərbaycan adət-ənənələrinə riayət olunması, ona görə də ailə adət-ənənələrini qorumaq üçün vətəndaşlıq vəziyyəti aktına dəyişiklik edilməsi zərurəti olub”, - Nijnevartovsk məhkəməsinin mətbuat xidmətindən bildiriblər.
Qanuna görə, vətəndaşlıq qeydlərində bu cür dəyişikliklər "yalnız uşağın maraqları naminə” edilməlidir. Qeyd edək ki, qızın milliyyətcə rus olan anası da ərinin tələblərini dəstəkləməyib.
Qeyd edək ki, hətta Rusiya Ədliyyə Nazirliyi də bu işə qarışmışdı. Nazirliyinin əməkdaşları Azərbaycandan olan həmkarlarından məsələyə aydınlıq gətirməyi xahiş ediblər. Məlum olub ki, respublikanın qanunvericiliyində milli adət-ənənələrə uyğun olaraq ata adının dəyişdirilməsi ilə bağlı öhdəliklər yoxdur. Nəticədə N. məhkəməni uduzub.
Yuxarı instansiyaya edilən müraciət də təmin edilməyib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























