Bakıda saxta əlillik dərəcəsi verən həkimlərə cinayət işi açılıb

Vətəndaşlara əlillik dərəcələrinin verilməsi prosedurunu saxtalaşdıran komissiya üzvlərinin qanunsuz əməlləri ifşa edilib.
Anews.az xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb. 2021-ci il ərzində müxtəlif tibb müəssisələrinin həkim məsləhət komissiyalarının üzvləri tərəfindən ayrı-ayrı şəxslərə müvafiq əlillik dərəcələrinin verilməsi məqsədi ilə təyin edilmiş diaqnozların saxtalaşdırılması faktları əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanmış cinayət işlərinin ibtidai istintaqı yekunlaşıb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























