Metropolitendə növbəti problem - YENİLƏNİB

“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətindən “APA"-ya bildiriblər ki, 31 saylı marşrutun əsas idarəetməsində nasazlıq yaranıb və “Nəriman Nərimanov” stansiyasında sərnişinlər qatardan təxliyə olunub: “Nasazlıq yaranan qatar baxış üçün depoya göndərilib. Tuneldə qalan qatar isə 08:47-də yola düşüb”.
Qeyd edək ki, son günlər metro qatarlarında nasazlıq yaranması və insanların kütləvi şəkildə həyəcanlanması gündəlik xarakter alıb.
09:47
***
Bu gün səhər saatlarında Bakı Metropolitenində “Həzi Aslanov” - “Dərnəgül” istiqamətində hərəkət edən qatarda nasazlıq yaranıb.
ANN.Az-ın əməkdaşının verdiyi məlumata görə, "Q.Qarayev - N.Nərimanov" stansiyaları arasında gecikmə olub. "X.Dostluğu" stansiyasından maksimum 20 dəqiqəyə "Gənclik" stansiyasına gəlməli olan qatar, 35 dəqiqəqəyə qeyd olunan stansiyaya çatıb.
Məlumata görə, “Həzi Aslanov” - “Dərnəgül” istiqamətində hərəkət edən qatar "Nərimanov" stansiyasında dayanıb və sərnişinlər vaqonlardan boşaldılıb. Yarım saata yaxın qatarın hərəkəti məhdudlaşması, məlum gecikmələrə səbəb olub.
Seymur
ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























