• $
  • €
  • ₽
  • ₺
  • £

“Azəriqaz”ın baş direktoru qazilərlə görüşdü

“Azəriqaz”ın baş direktoru qazilərlə görüşdü
13.01.2022 13:41
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev 1-ci Qarabağ müharibəsinin iştirakçıları ilə görüş keçirib.

Anews.az "Azəriqaz”a istinadən verdiyi məlumata görə, baş direktor qazilərin iş və həyat şəraitləri, mövcud vəziyyətləri ilə yaxından maraqlanıb. Müharibə iştirakçılarına problem və təkliflərini səsləndirmələri üçün imkan yaradılıb.

Baş direktor müharibə iştirakçıları, qazi və şəhid ailələrinin rifahının yaxşılaşdırılmasının daim dövlət siyasətinin prioritet istiqamətlərindən olduğunu qeyd edərək, "Azəriqaz” İB-nin də bu həssas əhali qrupunun nümayəndələrinə hər zaman xüsusi diqqət ayırdığını bildirib. Birlik rəhbəri yalnız qaz təchizatı ilə bağlı deyil, müharibə iştirakçıları, şəhid ailələri və müharibə əlilləri tərəfindən Birlikdə müvafiq işlə təmin olunmaları ilə bağlı daxil olan müraciətlərə də həssaslıqla yanaşıldığını vurğulayıb.


Baş direktor "Azəriqaz" İstehsalat Birliyi üzrə 537 nəfər Qarabağ müharibəsi iştirakçısı və şəhid ailəsinin üzvü olduğunu görüş iştirakçılarının nəzərinə çatdırıb. R. Əliyev ünvanlanan bütün müraciətlərin araşdırılması, qazilərə köməklik edilməsi üçün Birliyin müvafiq struktur rəhbərlərinə tapşırıq verib. Qazilər göstərdiyi diqqət və qayğıya görə "Azəriqaz” İB-nin baş direktoruna təşəkkür ediblər.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol