Ölkəmizdə fəaliyyət göstərən laboratoriya Avropada uğur qazandı

"Azərsun Holdinq”in Sınaq Laboratoriyası ölkəmiz adına növbəti uğura imza atıb. Üzərində "Made in Azerbaijan” yazısını şərəflə daşıyaraq dünyanın 40-dan artıq ölkəsinə ixrac edilən məhsulların istehsalçısı olan şirkətlər qrupu Almaniyada təşkil edilmiş, 31 ölkədən dünyanın ən güclü 128 laboratoriyasının iştirak etdiyi 27-ci laboratoriyalararası qarşılıqlı sınaqlarda iştirak edib.
Adıçəkilən şirkətlər qrupuna aid laboratoriya, bu sınaqlarda yağlar üçün əsas analizlərdən sayılan, FFA, Peroksid ədədi, Yağ turşu tərkibi, Refraktiv indeks, Yod ədədi, Anizidin ədədi və zeytun yağlarında K-232, K-270 göstəricilərinin təyinində iştirak edərək yüksək nəticələr qazanıb.
"Azərsun Holdinq”ə məxsus laboratoriyanın əldə etdiyi yüksək göstəricilərin nəticəsidir ki, yerli şirkətlərlə yanaşı, xarici şirkətlər də, öz məhsullarının analizlərini etibar edir. Hazırda bu laboratoriya, Fransa, Polşa, Rusiya şirkətlərindən də nümunə qəbul edərək analizlər edir.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























