Əli Əliyevin səhhəti pisləşib

Bu gün məhkəməsi keçirilən Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyevin proses zamanı səhhəti pisləşib.
Bu barədə onun vəkili Cavad Cavadov öz feysbuk profilində məlumat yayıb.
O bildirib ki, hadisə yerinə təcili yardım gəlib:
"Qan təzyiqini 210/130 yazdılar və sahə həkiminə müraciət etməyi məsləhət görüldü. Hakim zorla deyir prosesi belə aparacam. Əli Əliyevi nahar fasiləsində məhkəmənin inzibati binasından buraxmalıdar”.
"Xural TV”nin rəhbəri Əvəz Zeynallı isə feysbuk səhifəsində yazıb ki, ciddi gərginlik var, Əli Əliyev həbs edilə bilər:
"Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyevin məhkəməsi gedir. Məhkəmədə dəhşət gərginlik var. İlk dəfədir ki, belə amansız və sərt hakim görürəm. Gedişat onu göstərir ki, Əli Əliyevi həbs edəcəklər…"

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























