• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycana gətirilən bibərdə virus aşkarlanıb

Azərbaycana gətirilən bibərdə virus aşkarlanıb
14.01.2022 12:15
Azərbaycana gətirilən bibərdə virus aşkar edilib.
 
Bu barədə  Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.
 
Nəzarət tədbirləri çərçivəsində ölkəyə "Amotrade” MMC tərəfindən idxal edilən 23890 kq, "Best Supply Company” MMC tərəfindən idxal edilən 27 807 kq və 11 045 kq, "Palen AS” MMC tərəfindən idxal edilən 14 392 kq bibər məhsulundan Agentliyin mütəxəssisləri tərəfindən götürülən nümunələrin laborator müayinəsi nəticəsində qonur qırışıqlıq virusu aşkar edilib.
 
Nümunələrin götürülməsi zamanı yük sahiblərinin və onların səlahiyyətli nümayəndələrinin iştirakı təmin edilib, ekspertiza keçirilənə qədər məhsul partiyalarının toxunulmazlığı barədə yük sahiblərinə xəbərdarlıq edilərək onlardan iltizam alınıb.
 
Qanunvericiliyə uyğun olaraq, 2021-ci il 17 dekabr tarixində "Best Supply Company” MMC-yə məxsus 11045 kq bibər məhsulu partiyası məhv edilib. Ancaq yuxarıda qeyd olunan digər yük partiyalarının saxlandığı anbarlara Agentlik əməkdaşları tərəfindən məhsulun məhv edilməsi üçün keçirilən təkrar baxış zamanı yük partiyalarının qanunsuz olaraq satıldığı müəyyən edilib.
 
Eyni zamanda "Amotrade” MMC tərəfindən idxal edilən bibər məhsuluna verilən fitosanitar sertifikatla bağlı ixaracatçı ölkəyə Agentlik tərəfindən göndərilən sorğuya cavab olaraq mal partiyasını müşayiət edən fitosanitar sertifikatın saxta olduğu bildirilib. Hazırda "Amotrade” MMC tərəfindən idxal edilən digər yük partiyaları ilə bağlı sertifikatların saxta olub-olmadığının araşdırılması istiqamətində tədbirlər davam etdirilir.
 
Aşkar olunmuş qanunsuz fəaliyyətlərlə bağlı hüquqi qiymətin verilməsi üçün "Amotrade” MMC”, "Best Supply Company” MMC və "Palen AS” MMC-yə aid zəruri məlumatlar toplanaraq hüquq-mühafizə orqanlarına təqdim olunub.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol