• $
  • €
  • ₽
  • ₺
  • £

Ombudsman Aparatından uşağın döyülməsinə - Reaksiya

Ombudsman Aparatından uşağın döyülməsinə - Reaksiya
14.01.2022 12:49
Ombudsman Aparatı kütləvi informasiya vasitələri və sosial şəbəkələrdə yayımlanan uşaqlara qarşı zorakılıq halları ilə bağlı açıqlama yayıb.

"Son dövrlər ümumtəhsil məktəblərində və məktəbəqədər təhsil müəssisələrində, o cümlədən İsmayıllı şəhər 1 saylı körpələr evi-uşaq bağçasında uşaqlara qarşı baş verən zorakılıq halları Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı olaraq bizi ciddi narahat edir.
 
Kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə yayımlanan bu kimi hallar və zorakılıq əməllərinə hüquqi qiymət verilməsi tərəfimizdən daima nəzarətdə saxlanılır.
 
 Milli Preventiv Mexanizmin funksiyalarının icrası məqsədilə həyata keçirilən fəaliyyət çərçivəsində tərəfimizdən şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi yerlərə, o cümlədən uşaqların saxlandığı müəssisələrə daima başçəkmələr həyata keçirilir və onların hüquqlarının təmini istiqamətində aşkarlanan nöqsanlarla bağlı müvafiq tədbirlər görülür.
 
Hər bir şəxs, o cümlədən uşaqlarla işləyən şəxslər uşaqların beynəlxalq sənədlərdə və milli qanunvericilik aktlarında təsbit olunmuş hüquq və maraqlarını müdafiə etməli, onlara qarşı kobud rəftar və zorakılığa yol verməməlidir.
 
Uşaqlara qarşı zorakılığın bütün formalarını şiddətlə qınayır, müvafiq qurumları belə halların qarşısının alınması üçün səylərini birləşdirməyə və zəruri tədbirlər görməyə səsləyirik”.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol