• $
  • €
  • ₽
  • ₺
  • £

Xəzərdə batan iş adamının meyiti tapılıb

Xəzərdə batan iş adamının meyiti tapılıb
06.05.2014 23:48
Xəzər dənizində 1 il 4 ay bundan əvvəl balıqçı gəmisində batan zərdablı iş adamının meyiti tapılıb.APA-nın yerli bürosunun məlumatına görə, 1973 - cü ildə Zərdab rayonunun Burunlu kəndində anadan olan Bakı şəhərində yaşayan Əhmədov Nofəl Qüdrət oğlu 2012 – ci il dekabr ayının 29 – da 5 nəfərlik kiçik tutumlu balıqçı gəmisi ilə Azərbaycandan Qazaxıstana yola düşüb və gəmi Qazaxıstanın Aktau limanı yaxınlığında batıb.Aparılan axtarışlar nəticəsində gəmi tapılsa da, batan şəxslərin meyiti tapılmayıb.2014 – cü ilin aprel ayında N. Əhmədovun ailə üzvlərinə Xaçmaz rayonunda naməlum məzar olduğu barədə məlumat verilib. Mərhumun ailə üzvlərinin sözlərinə görə, onlara məlumat daxil olduqdan sonra onlar Xaçmaz rayonuna yollanıblar. Rayon Prokurorluğu ilə görüşdükdən sonra məlum olub ki, 2013 – cü ilin avqust ayında gəminin batdığı yerdən təxminən 340 kilometr aralıda dəniz sularında naməlum meyit tapılıb və Xaçmaz rayon ərazisində dəfn edilib. Aparılan araşdırmalardan sonra həmin məzarın N. Əhmədova aid olduğu təsdiqlənib.  Bu gün N. Əhmədovun meyiti Xaçmaz rayonundakı məzardan çıxarılaraq, doğulduğu Zərdab rayonunun Burunlu kəndinə gətirilib və dəfn edilib.Qeyd edək ki, mərhum N. Əhmədov ailəli olub və 2 ödladı var. ANN.Az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol