• $
  • €
  • ₽
  • ₺
  • £

Azyaşlıya qarşı şiddəti çəkən tələbə kollecdən QOVULUB?

Azyaşlıya qarşı şiddəti çəkən tələbə kollecdən QOVULUB?
14.01.2022 14:56
Ötən gün İsmayıllı şəhəri 1 saylı körpələr evi-uşaq bağçasında azyaşlıya qarşı şiddət göstərilməsini əks etdirən videogörüntü yayılmışdı.
 
Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə videogörüntüləri sosial şəbəkələrdə yayımlayan tələbənin azyaşlının atası tərəfindən təhsil aldığı kollecdən qovulduğunu bildirib.
 
Azyaşlının atası İsmayıllı Peşə Tədris Mərkəzinin direktor müavini Rəşid Mirzəliyev olduğu qeyd olunub.
 
Məsələ ilə bağlı Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun rəhbəri Cəsarət Valehov faktı təkzib edib:
 
"Heç bir direktor və direktor müavini tələbəni qova bilməz. Tələbənin qovulması üçün qanunvericilikdə nəzərdə tutulan müddəlar var. Kiminsə kimdənsə xoşu gəlməməsi və onu kollecdən qovması mümkün deyil".
 
Qeyd edək ki, hadisə ictimailəşdirildikdən sonra dövlət qurumları araşdırmalara başlayıb. Uşağa qarşı şiddət göstərən İsmayıllı şəhəri 1 saylı körpələr evi-uşaq bağçasının tərbiyəçisi Baxışova Zülfiyyə Ədalət qızı ilə bağlanmış əmək müqaviləsi vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyinə, əmək müqaviləsi üzrə öhdəlikləri yerinə yetirmədiyinə, "Müəllimlərin etik davranış Qaydaları”nın tələblərini pozduğuna və azyaşlı ilə kobud rəftar etdiyinə görə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç” bəndinə əsasən 14 yanvar 2022-ci il tarixdən ləğv edilib.
 
Bununla belə, uşağı şiddət görən valideynlər Zülfiyyə Baxışovanın qohumu olduqlarını əsas gətirərək, ondan şikayətçi olmayıblar.(Modern.az)
 

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol