20 ildir ibadət əhlini gözləyən yarımtikili məscid - VİDEO

Pəncərələri sınıq-salxaq, içərisi baxımsız, divarları isə çat-çat.
www.anews.az
Söhbət Yevlaxın Salahlı kəndində illərdir tikintisi başa çatmayan məscid binasından gedir.
Kənd sakinləri bildirir ki, sözügedən bina 20 ildən artıqdır tikilib. Amma işlər tamamlanmadığından camaat burada hələ də ibadət edə bilmir.
İllər öncə inşa edilən tikintinin aqibətinin necə olacağı ilə bağlı açıqlama verən Rayon İcra Hakimiyyətinin nümayəndəsi Hümmət Əhmədov sakinlərə Dini İşlər üzrə Dövlət Komitəsinin regional şöbəsinə müraciət etməyi məsləhət görüb. İndi 2 600 nəfər əhalisi olan Salahlı kəndinin sakinləri məscidin istifadəyə yararlı vəziyyətə gətiriləcəyi günü səbirsizliklə gözləyir.(BAKU tv)
Ətraflı süjetini təqdim edirik:
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























