Avtomobil yollarında vəziyyət necədir?

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) hava şəraiti ilə əlaqədar olaraq ölkənin avtomobil yollarının saat 17:00-a olan vəziyyəti haqqında məlumat yayıb.
Gün ərzində yolun qardan təmizlənməsi istiqamətində müvafiq tədbirlər görülüb və nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.
Toğanalı-Kəlbəcər-İstisu: yağıntı yoxdur, şaxta 5-10 dərəcə təşkil edir. Gün ərzində yolun qardan təmizlənməsi istiqamətində müvafiq tədbirlər görülüb. Şinləri zincirlənmiş nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
Bakı-Quba: Siyəzən və Şabran rayonları ərazisində yağıntı yoxdur, Quba və Qusar rayonları ərazisində yağıntı yoxdur, 1-2 şaxta var. Xınalıq yolunda yağıntı yoxdur, 5-7 dərəcə şaxta var. Yollarda nəqliyyat vasitələrinin normal və təhlükəsiz hərəkətinin təmin olunması məqsədilə müvafiq tədbirlər görülüb.
Giləzi-Xızı: Xızı rayonu ərazisində yağıntı yoxdur, 1-2 dərəcə şaxta var. yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
Bakı-Qobustan: yağıntı yoxdur, 2-3 dərəcə şaxta var. Hazırda yolun buz bağlamış hissələrinə qum-duz səpilir. Yolda hərəkət təmin olunub.
Qobustan-Şamaxı-Muğanlı: yağıntı yoxdur, 1-2 dərəcə şaxta var. Hazırda kənd yollarında yolun buz bağlamış hissələrinə qum-duz səpilir. Yolda hərəkət təmin olunub.
Muğanlı-İsmayıllı: yağıntı yoxdur, gün ərzində yolun buz bağlamış hissələrinə qum-duz səpilib. Yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.
İsmayıllı-Qəbələ-Oğuz-Şəki: Yağıntı yoxdur, Qəbələ rayonu ərazisində 1-2 dərəcə şaxta var. Gün ərzində yolun buz bağlamış hissələrinə qum-duz səpilib. Yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.
Yevlax-Şəki (Göybulaq): yağıntı yoxdur, yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.
Şəmkir-Gədəbəy: yağıntı yoxdur, gün ərzində yolun buz bağlamış hissələrinə qum-duz səpilib. Yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.
Ələt-Astara: marşrut boyu yağıntı yoxdur, şaxta yoxdur, yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
Lənkəran-Lerik: Lənkəran rayonu ərazisində yağıntı yoxdur, şaxta yoxdur. Lerik rayonu ərazisində yağıntı yoxdur. 5-6 dərəcə şaxta var. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
Hacıqabul-Bəhramtəpə-Horadiz: yağıntı yoxdur, yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























