Həyat yoldaşını bıçaqlayan şəxsdən XƏBƏR VAR

Şamaxıda həyat yoldaşını bıçaqlamaqda təqsirləndirilən Səməd Yusifovun cinayət işi üzrə məhkəmə iclası başlayır.
Cinayət işinin ibtidai istintaqı yekunlaşaraq baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İş hakim Fikrət Əliyevin sədrliyi ilə araşdırılacaq.
Məhkəmənin hazırlıq iclasının vaxtı hələki məlum deyil.
Hadisə 2021-ci ilin iyulunda Şamaxı rayonunda qeydə alınıb.
34 yaşlı Səməd Yusifov arvadı, 26 yaşlı Zümrüd Yusifovu bıçaqlayıb. Xəstəxanaya çatdırılan yaralının həyatını xilas etmək mümkün olub.
Keçirilən əməliyyat tədbirləri zamanı S.Yusifov polis tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























