Küçədə gecələyən yeniyetmə Narkoloji Dispanserə yerləşdirilib

Bakıda küçələrdə gecələyən və narkotik aludəçisi olduğu iddia edilən yeniyetmə Respublika Narkoloji Dispanserə yerləşdirilib, bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu məlumat verib.
Mərdanoğlu bildirib ki, Dövlət Komitəsinin, Səhiyyə Nazirliyinin və Daxili İşlər Nazirliyinin birgə həyata keçirdiyi tədbirlər nəticəsində yeniyetmənin olduğu yer müəyyənləşdirilib və o, Respublika Narkoloji Dispanserə yerləşdirilib.
"Ruslan Məmmədov bundan əvvəl də dəfələrlə səhiyyə ocağına yerləşdirilib, lakin buna baxmayaraq o, tibb müəssisəsini tərk edib", - deyə o əlavə etdi.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























