• $
  • €
  • ₽
  • ₺
  • £

Prokurorluq: "Tofiq Yaqublu özünü yumruqlayaraq bu hala salıb" - FOTOLAR

Prokurorluq: "Tofiq Yaqublu özünü yumruqlayaraq bu hala salıb" - FOTOLAR
16.01.2022 14:11
Milli Şuranın üzvü Tofiq Yaqublunun 1 dekabr mitinqində döyülməsi, bədəninə müxtəlif dərəcəli xəsarətlərin yetirilməsi iddiası üzrə prokurorluqda aparılan araşdırma başa çatıb.

Anews az xəbər verir ki, T. Yaqublu özünün sosial şəbəkələrdəki hesabında Səbail Rayon Prokurorluğunun onun şikayəti ilə bağlı verdiyi rədd qərarından bəzi hissələri paylaşıb:

"Dekabrın 1-də 39-cu Polis Bölməsində və ondan kənarda mənə verilmiş işgəncə ilə bağlı şikayətimin rədd edilməsi haqqında 18 səhifəlik qərarı bu gün aldım. Müstəntiqlər Hilal Abbasov və Araz Əkbərovun birlikdə hazırladıqları qərara görə,  həmin xəsarətləri mən polisə şər atmaq məqsədilə polis bölməsində özümü divara, yerə vuraraq və əllərimlə sifətimə zərbələr endirərək yetirmişəm. Qərarda beləcə də yazıblar və bu haqda çoxlu sayda "şahid" polislərin ifadələri yer alıb. Onlardan bir neçəsini aşağıda yerləşdirmişəm. Həmin qərarda deyilir ki, guya məni polis bölməsindən saat 17:45-də buraxıblar. Yazıblar ki, həmin ərəfədə nə polis bölməsindəki, nə də  o ətrafda şəhərin mərkəzindəki videomüşahidə kameralarının heç biri işləməyib. Mənim 18:20-də Ələt qəsəbəsində maşından düşürüldüyümün videosu və oradan etdiyim telefon zənginin sübutu var.  Yaxşı, heç olmasa bu suala cavab verin, o cür ağır işgəncəyə məruz qalmış adam pik saatda, şəhərdə avtomobillərin tıxacda ilişib qaldığı bir vaxta  35 dəqiqə ərzində Ələt qəsəbəsinə  necə gəlib çıxıb? Əgər, məni polis bölməsindən rahatca   yola salmışdınızsa, bəs telefonum niyə orada qalmışdı və biz onu yalnız 2 gündən sonra ala bildik?”.







T.Yaqublu ötən il dekabrın 1-də Saleh Rüstəmlinin həbsinə etiraz olaraq Fəvvarələr Meydanında keçirilən mitinq zamanı saxlanılıb. Daha sonra onun üz nahiyəsində xəsarət izləri olan görüntüləri yayılıb. T.Yaqublu polislər və mülki geyimli şəxslər tərəfindən şəhər kənarına aparılaraq döyüldüyünü iddia etsə də, Daxili İşlər Nazirliyi onun döyülməsinin polislə heç bir bağlılığı olmadığını açıqlayıb
www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol