• $
  • €
  • ₽
  • ₺
  • £

Ötən ilin dekabr ayında temperatur iqlim normasından yüksək olub

Ötən ilin dekabr ayında temperatur iqlim normasından yüksək olub
17.01.2022 20:00
Ötən il Azərbaycanın əksər bölgələrində dekabr ayı nisbətən az yağıntılı hava şəraiti və temperaturun çoxillik iqlim normasından 1-3°C yüksək olması ilə səciyyələnib.


Anews.az xəbər verir ki, ayın birinci ongünlüyündə əksər aran və dağətəyi rayonlarda payızlıq dənli bitkilərdə cücərmə və göyərmə mərhələləri davam edib, Sabirabad və Ucarda arpa bitkisində, Göytəpədə buğda bitkisində kollanma fenoloji mərhələsi müşahidə edilib, Tovuz, Oğuz, Şəki, Yardımlıda buğda və arpa bitkilərində 3-cü yarpağın çıxması mərhələsi qeydə alınıb.


1 kvadratmetr sahədə olan bitkilərin sayı Sabirabadda 470, Göytəpədə 416, Şəkidə 164, Oğuzda 152 ədəd təşkil edib, kollanma mərhələsində bitkilərin hündürlüyü 12-16 sm müşahidə edilmişdir. İkinci və üçüncü ongünlüklərdə bitkilərdə cücərmə, göyərmə, 3-cü yarpağın çıxması,Ucar və Sabirabadda kollanma fenoloji mərhələləri davam edib, Goranboy, Tərtər,Qaraçalada buğum köklərinin yaranması qeydə alınıb.


Sabirabad və Ucarda kollanma mərhələsində 1 kvadratmetr sahəyə düşən bitkilərdə gövdələrin ümumi sayı 611-988 ədəd, kollanma dərəcəsi 2.1-2.2%, bitkilərin hündürlüyü 16-22 sm təşkil etmişdir. Ayın sonlarında havanın orta temperaturunun 2-3°C-dək düşməsi Şəki, Qəbələ, Oğuzda payızlıq dənli bitkilərdə vegetasiyasının dayanmasına səbəb olub.


Ay ərzində meyvə ağaclarında yarpaqların payız saralması və xəzan davam edib, Lənkəran-Astara bölgəsində subtropik bitkilərdə və çay kollarında boyatmanın dayanması qeydə alınıb.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol