“Azərenerji” “İmişli REŞ”-in ləğvinin səbəbini açıqlayıb

“Azərenerji” ASC tabeliyində olan “İmişli Regional Elektrik Şəbəkəsi” (“İmişli REŞ”) MMC ləğv olunub.Bunu “APA-Economics”ə “Azərenerji” ASC-nin mətbuat xidmətindən təsdiq ediblər. Qurumdan bildiriblər ki, REŞ-in ləğvi qurum daxilində aparılan struktur islahatları ilə bağlıdır: “İmişli REŞ” MMC-nin tərkibində olan Zərdab, Ağcabədi, Füzuli və Beyləqan rayon şəbəkələri “Mingəçevir REŞ”in, Saatlı, Kürdəmir və İmişli rayon şəbəkələri isə “Şirvan REŞ”-in tabeliyinə verilib. Bu addım “Azərenerji” ASC-də struktur siyasətinin təkmilləşdirilməsi üçün atılıb və regionların elektrik təchizatını daha da yaxşılaşdırmaq məqsədi daşıyır”. Qeyd edək ki, “Azərenerji” ASC-də struktur dəyişikliyi tez-tez edilir. 2006-cı ildən bu günə qədər İmişlidəki regional idarə müxtəlif formada dörd dəfə yenidən təşkil edilib. ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























