2021-ci il Azərbaycana nə qədər əcnəbi vətəndaş gəlib? - RƏSMİ

2021 ci ildə Azərbaycana 795 min 791 nəfər xarici əcnəbilərin girişi olub. Bu əvvəlki illərlə müqayisədə 0.5 dəfə azalma deməkdir, bunu Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov 2021 ci ilin yekunlarına dair mətbuat konfransında deyib.
"Azalma pandemiya ilə əlaqəlidir. Daha çox Rusiya, Türkiyə, İran və Ukraynadan olan əcənəbilər təşkil edir. Hazırda Azərbaycanda 129 min 590 nəfər əcnəbi vətandaş yaşayır. 2021-ci il 420 nəfər Azərbaycana readmissiya olunub. Onların Azərbaycana gətirilməsi Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq razılığına əsasən həyata keçirilib. Keçən il üçün readmissiya edilənlərin sayında 2,5 dəfə artım olub. 2014-cü ildən bu yana 2013 nəfərin readmissiyası həyata keçirilib. Bu il üçün isə 2147 şəxsin də readmissiyası gözlənilir", deyə Vüsal Hüseynov bildirib.
Aytac Zeynalova
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























