Polisi döyən deputat ona verilən cəzadan narazıdır

Deputat toxunulmazlığı ləğv edilmiş Eldəniz Səlimov barəsində olan məhkəmə hökmündən apellyasiya şikayəti verib.
Qeyd edək ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, E. Səlimov 3 il 6 ay azadlıqdan məhrum edilib.
Hökmdə o da bildirilir ki, E. Səlimov 2 il 6 ay müddətinə vəzifə tuta bilməz.
29 iyul 2021-ci il tarixdə Xaçmaz şəhərində yerləşən "Starıy Dvor” restoranında Azərbaycan Respublikası Milli Məclisinin deputatı Eldəniz Səlimovun polis əməkdaşına xidməti vəzifələrinin icrası ilə əlaqədar zor tətbiq etməsi faktı ilə bağlı Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə başlanmış cinayət işinin ibtidai istintaqı tamamlanıb.
Eldəniz Səlimov Cinayət Məcəlləsinin 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilib, barəsində həbs qətimkan tədbiri seçilib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























