• $
  • €
  • ₽
  • ₺
  • £

Vəkil: "CAS Nurlan İbrahimovla bağlı istənilən qərarı qəbul edə bilər"

Vəkil: "CAS Nurlan İbrahimovla bağlı istənilən qərarı qəbul edə bilər"
18.01.2022 20:30
"Hazırkı vəziyyətdə Nurlan İbrahimovun məsələsi ilə bağlı nə isə demək çox çətindir".


Bunu "Report"a açıqlamasında "Qarabağ"ın keçmiş mətbuat katibi Nurlan İbrahimovun vəkili Fərid Haqverdiyev İdman Arbitraj Məhkəməsində (CAS) UEFA-ya qarşı şikayət ərizəsi əsasında keçirilmiş məhkəmə prosesi barədə danışarkən deyib.


Haqverdiyev öz arqumentlərini dinləmədə irəli sürdüklərini xatırladıb: "Qarşı tərəf də öz fikrini bildirib. Faiz dərəcəsi ilə götürsək, nə isə demək çətindir. İstənilən qərar çıxa bilər. Yəni, əvvəlki qərar qüvvədə qala, cəza azaldıla da bilər".


Vəkil qərarın verilməsinin növbəti dəfə təxirə salınma ehtimalı barədə də danışıb: "Hələlik gözləmə mövqeyindəyik. Bizə əvvəlcədən məlumat verilmir. Yanvarın 27-dək gözləməliyik. Qərar ertələnsə, yanvarın 26-da da bizə məlumat verilə bilər. Ancaq təxirə salınanda qarşı tərəfə məktub göndərilir".


 Vətən müharibəsi zamanı feysbuk səhifəsində ermənilərlə bağlı paylaşımına görə Nurlan İbrahimovu UEFA futboldan ömürlük uzaqlaşdırıb. "Qarabağ" klubu isə 100 000 avro cərimələnib. İbrahimov yanvarın 19-da klubdan ayrıldığını açıqlayıb. İdman Arbitraj Məhkəməsi (CAS) onun şikayəti ilə bağlı qərarı 2021-ci il dekabrın 22-də açıqlamalı idi. Lakin bu, 27 yanvaradək təxirə salınıb.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol