• $
  • €
  • ₽
  • ₺
  • £

Yanvarın 20-də Bakı metrosunun iş rejimində dəyişikliklər ediləcək

Yanvarın 20-də Bakı metrosunun iş rejimində dəyişikliklər ediləcək
18.01.2022 13:22
20 Yanvar - Ümumxalq Hüzn Günü ilə əlaqədar Bakı Metropoliteninin iş rejimində dəyişikliklər ediləcək və gün ərzində xüsusi tədbirlər planı həyata keçiriləcək.


Anews.az-ın "Bakı Metropoliteni” QSC-yə istinadən verdiyi məlumata görə, yanvar ayının əvvəlindən "20 Yanvar” stansiyasının vestibüllərinə və plaftormasına baxış keçirilib, zəruri tədbirlərin görülməsi üçün tapşırıqlar verilib.


Ənənəyə uyğun olaraq, "20 Yanvar” stansiyasının sütunlarına və şəhidlərin adlarının həkk olunduğu lövhələrin yerləşdiyi vestibül sahələrində divarlara qərənfil tərtibatlı çələnglər asılacaq. Stansiya platformasına metropoliten işçilərindən qaravul dəstəsi düzüləcək.


Yanvarın 20-də saat 12:00-da əvvəlcədən xüsusi işlənərək, planlaşdırılmış cədvələ uyğun olaraq bütün qatarlar stansiyalarda dayandırılacaq. Qatarlardan 1 dəqiqə ərzində fasiləsiz fit verilməsi təmin ediləcək.


"Bakı Metropoliteni” QSC-nin rəhbərliyi, kollektivin və ictimaiyyətin nümayəndələri, habelə stansiyaya gələn sərnişinlər "20 Yanvar" stansiyasında şəhidlərimizin ruhunu 1 dəqiqəlik sükutla yad edəcəklər, deyə məlumatda deyilir.


Qanlı Yanvar hadisəsinin ildönümündə Bakı Metropoliteninin "20 Yanvar”, "İçərişəhər” və "Elmlər Akademiyası” stansiyaları gücləndirilmiş iş rejimində çalışacaqlar. Həmçinin, zərurət yaranacağı təqdirdə ehtiyat qatarlar xəttə veriləcək.


Gün ərzində bütün stansiyalarda mərkəzləşmiş radio şəbəkəsi ilə matəm musiqiləri və marşları yayımlanacaq. Qatarlarda stansiyaların elanı radioinformatorla deyil, maşinistlər tərəfindən radiorabitə vasitəsilə veriləcək.


1990-cı ilin 20 yanvarı Azərbaycan tarixinə qanlı hərflərlə yazılıb. Həmin gecənin günahsız qurbanları olmuş həmvətənlərimiz hər il ölkəmizin hər yerində ehtiramla yad edilir, xüsusi tədbirlər, mərasimlər keçirilir, şəhidlərin məzarları ziyarət olunur.


O müdhiş gecə metropolitenin kollektivi səhərə qədər fədakarlıq göstərərək, yüzlərlə insan həyatının qurtarılmasında, yeganə sığınacaq yeri kimi onlara dayaq durmasında, yaralıların xəstəxanalara çatdırılmasında xüsusi rol oynayıb.


Metropolitenin çoxminlik kollektivinin nümayəndələri də həmin gün şəhidlərimizin əbədi xatirəsinə ehtiramını ifadə edərək, Şəhidlər xiyabanını ziyarət edir.


20 Yanvar faciəsinin qurbanları arasında iki metropolitençi - İlqar Qarayev və Əflatun Kazımov da var.


Metropolitençilər bütün şəhidlərimizin xatirəsini daim əziz tutur.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol