• $
  • €
  • ₽
  • ₺
  • £

Əhməd İsmayılov bir sıra media rəhbərləri ilə görüşüb

Əhməd İsmayılov bir sıra media rəhbərləri ilə görüşüb
18.01.2022 17:15
18 yanvar 2022-ci il tarixində Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyində bir sıra media subyektlərinin rəhbər və nümayəndələrinin iştirakı ilə görüş keçirilib.

Anews.az xəbər verir ki, "İctimai nəzarətin fomalaşmasında medianın rolu”nun müzakirə olunduğu görüşdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yanvarın 12-də yerli televiziya kanallarına verdiyi müsahibədən irəli gələn vacib məqamlara toxunulub, ictimai nəzarətin formalaşması və həyata keçirilməsində medianın roluna diqqət çəkilib. 

MEDİA Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov bildirib ki, cənab Prezidentin yerli televiziya kanallarına müsahibəsində medianın ictimai nəzarət rolunu vurğulaması mühüm əhəmiyyət kəsb edir: "Dövlət başçısı bildirib ki, mediada yer alan məlumatların mütləq əksəriyyəti öz təsdiqini tapır və bu haqda dərhal ölçü götürülür. Cənab Prezidentin jurnalistlərin əməyinə verdiyi yüksək qiymət böyük etimadın göstəricisi olmaqla yanaşı, media işçilərinin də öz peşəkar missiyalarını həyata keçirməkdə məsuliyyətlərini artırmış olur”. 

Medianın İnkişafı Agentliyinin məhz ictimai və dövlət maraqlarını əsas götürərək media subyektləri arasında müsabiqələr keçirdiyini vurğulayan Əhməd İsmayılov bu müsabiqələr çərçivəsində hər il məhz ictimai əhəmiyyət kəsb edən yüzlərlə materialın hazırlandığını diqqətə çatdırıb. İcraçı direktor bu yaxınlarda geniş ictimai müzakirələrdən sonra parlament tərəfindən qəbul olunmuş və imzalanmaq üçün təqdim edilmiş "Media haqqında” qanun layihəsinin ölkəmizin informasiya mühitinin sağlamlaşdırılmasına, onun rəqabət qabilliyətinin artırmasına, xüsusən də media subyektlərinin iqtisadi müstəqilliklərinin gücləndirməsinə ciddi töhfə olacağını qeyd edərək adıçəkilən layihənin müddəalarının jurnalistlərin ictimai nəzarətçi kimi vacib funksiyanı lazımı səviyyədə yerinə yetirməsinə hüquqi təminat verdiyini bildirib. 

Görüşdə çıxış edən media subyektlərinin rəhbər və nümayəndələri cənab Prezidentin ictimai nəzarət mexanizmlərinin hazırlanması ilə bağlı çağırışlarının media qarşısında yeni vəzifələr qoyduğu vurğulayıblar. 


 

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol