• $
  • €
  • ₽
  • ₺
  • £

Milli qəhrəmanın ailəsi evsiz qalıb - VİDEO

Milli qəhrəmanın ailəsi evsiz qalıb - VİDEO
06.05.2014 17:48
Bakıda yaşayan Milli qəhrəman ailəsi evsiz qalıb. Paytaxtın Nizami rayonu Elşən Süleymanov küçəsi 126 mənzil 149 da müvəqqəti yaşayan Milli qəhrəman Elman Hüseynovun ailəsi evsizlik problem yaşayır. Onun həyat yoldaşı Svetlana Süleymanovanın tək istəyi qəhrəman ailələrinə verilən evlərdən onlara da pay düşməsidir. “Elman Hüseynov Tərtərdən Vəng yüksəkliyinə qədər torpaqlarımızın azad edilməsi uğrunda döyüşlərdə iştirak edib. Həmin vaxtdan 21 il keçsə də ailəsinə torpaq verilmir”, - deyə Svetlana Süleymanova bildirib.Milli qəhrəmanın 3 övadı var. Onlardan biri ailəlidir. Onların hazırda yaşadıqları ev Sevtlana xanımın qardaşının adınadır. Orada da onlar müvəqqəti sığınacaq tapıblar. Milli qəhrəmanın ömür gün yoldaşının sözlərinə görə, o, 2010-cu ildən Nizami rayonunda qeydiyyatdır. Elə o vaxtdan da rayon icra hakimiyyətində də ev növbəsinə dayanıb. Ancaq aidiyyatı qurumlardan heç olmasa bir otaqlı ev belə ala bilmir.Problemlə əlaqədar Nizami Rayon İcra Hakimiyyətindən bildiriblər ki, Nazirlər Kabinetinin qərarına əsasən vətəndaşların mənzil növbəsinə qəbul edilməsilə bağlı məsələdə qeyri müəyyənlik yaranıb. Buna görə də, vətəndaşların ev növbəsinə qəbulu dayandırılıb. Bundan başqa, qurumdan onu da əlavə ediblər ki, Svetlana Süleymanova 2010-cu ilə kimi Sabunçu rayonunda qeydiyyatda olub. Başqa sözlə, o, quruma 4 ildir müraciət edib. Ev verilməsi üçün isə minimum 7 il gözləmək lazımdır.//Anspress
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol