Vilayət Eyvazov işdən çıxardığı generala yeni vəzifə verdi

Azərbaycanda təqaüdə göndərilən generala yeni vəzifə verilib.
www.anews.az
Bu barədə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, bir neçə gün əvvəl təqaüdə göndərilən polis general-mayoru Səfər Əliyev nazirin müşaviri təyin edilib.
Bir neçə gün əvvəl polis general-mayoru Səfər Əliyev xidmətdə olmanın son yaş həddi ilə əlaqədar Vilayət Eyvazovun əmri ilə DİN Katibliyinin rəisi vəzifəsindən azad edilərək təqaüdə göndərilib. Digər əmrlə onun yerinə Təşkilati-İnspeksiya İdarəsinin rəis müavini polis polkovniki Nahid Məmmədzadə təyin edilib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























