Qonşusunu qətlə yetirən şəxsin apellyasiya şikayəti təmin edilməyib

Tərtərdə qonşusunu qətlə yetirməkdə təqsirləndirilən Nail Hümbətovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti təmin edilməyib.
www.anews.az
Bu barədə qərar Gəncə Apellyasiya Məhkəməsinin hakimi Teyyub Muxtarovun sədrliyi ilə keçirilən prosesdə elan edilib.
Birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilmədən qüvvədə saxlanılıb.
2020-ci il mayın 8-də Tərtərin Cavanşir küçəsində yaşayan Hümbətov Naib Nadir oğlu Daxili İşlər Nazirliyinin "102 Zəng Mərkəzi” Xidmətinə müraciət edərək yaşadığı evin yaxınlığında kişi meyiti olduğu barədə məlumat verib.
İlkin araşdırma zamanı müəyyən olunub ki, Tərtər sakini, 1980-ci il təvəllüdlü Zeynalov Xətai Sabir oğlu həmin gün gecə saatlarında qonşusu N.Hümbətov tərəfindən bıçaqlayaraq öldürüb.
Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.
Daha sonra N.Hümbətov polis əməkdaşları tərəfindən saxlanılıb.
Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə N.Hümbətov 11 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























