Uşaqlara hansı hallarda peyvənd vurulmamalıdır? - AÇIQLAMA

Qan azlığı problemi kəskin şəkildə olan uşaqlara peyvənd vurulması məsələhət görülmür, qalan bütün hallarda uşaqlara peyvənd vurulmalıdır.
Anews.az-n məlumatına görə bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, pediatr Erkin Rəhimov deyib.
"Bəzən valideynlər uşaqlarda olan yüngül xəstəlikləri də bəhanə edərək peyvənd vurdurmaqdan yayınırlar. Bu doğru yanaşma deyil. Hətta ürək qüsurlu uşaqlara peyvənd vurulmalıdır. Peyvəndin qanazlığı ilə əlaqəsi yoxdur. Peyvənd ana südü qədər vacib bir amildir. Necə ki, uşağa ana südü vacib verilməldir, eləcə də ppeyvənd olunmalıdır. Əks halda bu uşağın sağlamlığında hansısa fəsadlar yarada bilər", deyə Səhiyyə Nazirliyinin eksperti bildirib.
Gülnar Nazimqızı
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























