AXCP fəalı azadlığa buraxıldı

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) həbsdə olan üzvü Əlizamin Salayev azadlığa buraxılıb.
Ötən ilin noyabrında Milli Məclisdə qəbul edilmiş Amnistiya aktı ilə cəzasının çəkilməmiş hissəsindən azad edilib.
Ə.Salayev 2020-ci il aprelində Cinayət Məcəlləsinin 147.2 (ağır cinayətdə ittiham etməklə böhtan atma) və 148-ci (təhqir) maddələri ilə 2 il 3 ay müddətə azadlıqdan məhrum edilib. O, Salyan Rayon Polis İdarəsinin əməkdaşı Həmzə Əzizovun şikayəti əsasında cəzalandırılıb.
İttihama görə, Ə.Salayev H.Əzizovu Salyanda bir qadına qarşı təcavüzdə ittiham edərək onunla mübahisəsinin videosunu sosial şəbəkələrdə yaymışdı. Bundan sonra polis əməkdaşı Salyan Rayon Məhkəməsində Salayevə qarşı xüsusi ittiham qaydasında iddia qaldıraraq həbsini tələb etmişdi.
www.anews.az

Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib