• $
  • €
  • ₽
  • ₺
  • £

“650 minlik malımız satılıb, deyirdi, pul verməsən, burada çürüyəcəksən!”

“650 minlik malımız satılıb, deyirdi, pul verməsən, burada çürüyəcəksən!”
19.01.2022 20:05
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Baş İstintaq İdarəsinin rəisi, general-mayor Mövlam Şıxəliyev, onun müavini Yasin Məmmədov və idarənin şöbə rəisləri Vüsal Ələkbərovla Sahib Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi davam edir.

"Qafqazinfo” xəbər verir ki, zərərçəkmişlərdən Sərdar İsmayılov ifadə verib.

O vaxtilə Mövlam Şıxəliyevin vəsatəti ilə həbs olunduğunu deyib:
"Səbail Məhkəməsi barəmdə 3 aylıq həbs qətimkan tədbiri seçdi. Həbsdə olduğum dövrdə Şıxəliyev Gömrük Komitəsinə sorğu yazaraq, mənə məxsus malların qaçaqmal olmasını təsdiqlətmək, özlərinin cinayətlərinə Gömrük Komitəsini də şərik etmək istəyirdi.
Amma mənə qarşı qanunsuz sahibkarlıq (29,192.2.2.) və qaçaqmalçılıq (206.3.2.) maddələri ilə istintaqı qanunsuz olaraq davam etdirdilər. Bu gün bu zalda boynumdan qucaqlayan Yasin Məmmədov orada özünü vəzifəli şəxs kimi deyil, küçədə yol kəsən quldur kimi aparırdı.

Yasin Məmmədovun bircə tələbi vardı - pul ver, səni azad edək. Deyirdi, pul verməsən, burada çürüyəcəksən! İstintaq zamanı bizə sonsuz təzyiqlər göstərirdilər. Hətta mənim telefonumda adı olan adamları da çağırıb incidiblər. Mənə borcu olan adamlara hədə-qorxu gəlib pullarını alıblar, həbsə atıblar, olmazın işgəncə veriblər.
Həbsdən çıxandan sonra araşdırıb öyrəndim ki, 650 min manat dəyərindəki mallarımızı müsadirə etdikdən sonra Yasamalda MTN-in anbarına yerləşdiriblər. Sonra da özləri satıblar. Mövlam Şıxəliyev və digərilərinin barəsində qanunun imkan verdiyi qədər sərt cəza verilməsini, dəymiş maddi və mənəvi ziyanımın ödənilməsini tələb edirəm".

Qeyd edək ki, Sərdar İsmayılov şəriki Orxan Abdullayevlə Çindən satış məqsədilə pirotexniki vasitələr gətirib satmaqla məşğul olub.
İttihama görə, Mövlam Şixəliyev MTN-də İstintaq Baş İdarəsinin rəisi vəzifəsində çalışdığı 2008-2014-cü illərdə qeyd edilən qurumun tərkibindəki şöbənin sabiq rəisi Vüsal Ələkbərov, İbtidai istintaq idarəsinin sabiq rəis müavini Yasin Məmmədov, şöbə rəisinin sabiq müavini Sahib Ələkbərov ilə mütəşəkkil dəstə tərkibində iş adamlarından hədə-qorxu yolu ilə külli miqdarda pul tələb ediblər.
İstintaqla M.Şixəliyevin mütəşəkkil dəstə halında ümumilikdə 14 milyon 292 min manat məbləğində pul vəsaitini rüşvət qismində, 5 milyon 77 min manat məbləğində özgə əmlakını hədə-qorxu ilə tələb edib almasına sübutları saxtalaşdırmasına əsaslı şübhələr müəyyən edilib və barəsində həbs qətimkan tədbiri seçilib.
Cinayət işi üzrə 32 zərərçəkmiş var.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol