Kamran Əliyev 20 Yanvar hadisələrinin istintaqından danışıb

1990-cı ilin yanvarın 20-də Azərbaycan xalqına qarşı cinayət törədilib. Bu, bəşəriyyət, insanlıq eleyhinə olan cinayət kimi qiymətləndirilib, hüquqi qiymət verilib, bunu Azərbaycanın Baş prokuroru Kamran Əliyev jurnalistlərə açılqlamasında deyib.
"Bildiyiniz kimi, həmin dövrdə Azərbaycan Respublikası Ali Sovetinin razılığı olmadan birbaşa olaraq, Sovet dövrünün o vaxtkı rəhbərliyi tərəfindən, konkret olaraq Mixail Qorboçov tərəfindən belə bir qərar qəbul edilmişdi. Təbii ki, bu insanlıq əleyhinə olan bir cinayətin tördilməsi qərarı və əmri idi. Bundan sonrakı hadisələr də göz qabağındadı. Bildiyiniz kimi həmin faktla bağlı cinayət işi başlanılıb, prokurorluqda istintaq aparılır. Burada bir neçə cinayət bir icraatda birləşdirilib. Təssüflər olsun ki, həmin dövrdə Azərbaycanın hakimiyyəti tərəfindən buna hüquqi qiymət verilməmişdi.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























