Əli Nağıyev Şəhidlər xiyabanında - Foto

Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev və DTX-nin rəhbər heyəti 20 Yanvar faciəsinin 32-ci ildönümü ilə əlaqədar Şəhidlər xiyabanına gələrək Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarını qurban vermiş qəhrəman Vətən övladlarının məzarlarını ziyarət edib, onların üzərinə tər qərənfillər düzüb, şəhidlərimizin unudulmaz və müqəddəs xatirəsini dərin hüznlə yad ediblər.
Sonra Xidmətin şəxsi heyəti adından "Əbədi məşəl” abidəsinin önünə əklil qoyulub.
Şəhidlər xiyabanında dəfn edilmiş təhlükəsizlik orqanları əməkdaşlarının da xatirəsi ehtiramla anılıb, məzarları üzərinə gül dəstələri düzülüb.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























